...

"Bank Technique" 10 milyon dollar kredit cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2013 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

"Bank Technique" Kiprin "FMBE Bank"ından vəsaitlərin uğurla cəlb olunması ilə bağlı əqd bağlayıb.

Bankda çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bank tərəfindən 10 milyon ABŞ dolları həcmində vəsaitlər 1 illik cəlb olunub. Bu əqd bankın maliyyələşmə mənbələrini diversifikasiya edəcək.

"Bank Technique" 2013-2015-ci illlərin strategiyasına əsasən, xarici maliyyə institutları ilə əməkdaşlığı genişləndirməkdə davam edir.

Daha əvvəllər də "Bank Technique" "FBME Bank"dan 5 milyon ABŞ dolları məbləğində kredit cəlb etmiş və vaxtında onu bağlamışdı.

Bank kredit portfelinin keyfiyyətini kifayət qədər yaxşılaşdıra bilib. Bank 2012-ci ilin dördüncü rübünün nəticələrinə əsasən, 35,7 milyon manat gəlirə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti