...

İlin əvvəlindən Azərbaycanda təxminən 3,5 min gömrük pozuntusu qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2013 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A. Axundov/

2013-ci ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 3482 inzibati qanun pozuntusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü DGK-nın yaydığı məlumatda deyilir.

Onlardan 52-si qanunsuz keçməyə cəhd, 88-i əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 2876-si isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır.

Həmçinin hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 87 fakt qeydə alınıb.

Məlumata görə, 72 fakt qaçaqmalçılıqla, 45-i isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Hesabat dövründə 58,77 kiloqram narkotik vasitə ələ keçirilib. Həmçinin, aksis markaları olmadan malların idxalı faktı qeydə alınıb.

Bu faktlar üzrə yanvar-aprel aylarında şübhəli şəxs qismində 1047 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti