...

Ötən ay 6 minə yaxın vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2013 14:09 (UTC +04:00)
2013-cü ilin may ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5823 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Ötən ay 6 minə yaxın vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.Əliyev/

2013-cü ilin may ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5823 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 2625 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 970 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 344 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 1151 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 489 vergi ödəyicisi tərəfindən 769 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 200 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 44 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmayan 1526 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti