...

"TuranBank" məcmu kapitalını 35,2 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2013 10:49 (UTC +04:00)
2013-cü ilin iyun ayının 1-nə "TuranBank"ın aktivlərinin həcmi, 2012-ci ilin analoji dövrü ilə müqayisədə 22,8 faiz, ilin əvvəli ilə müqayisədə isə 5,3 faiz artaraq 228,6 mln. manat təşkil edib.
"TuranBank" məcmu kapitalını 35,2 faiz artırıb

Azərbaycan, Bakı, 10 iyun /Trend/

2013-cü ilin iyun ayının 1-nə "TuranBank"ın aktivlərinin həcmi, 2012-ci ilin analoji dövrü ilə müqayisədə 22,8 faiz, ilin əvvəli ilə müqayisədə isə 5,3 faiz artaraq 228,6 mln. manat təşkil edib.

Bankdan Trend-ə verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 8,8 faiz, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 22,6 faiz artaraq 175,5 mln. manat təşkil edib.

Azərbaycan Respublikası Mərkəzi Bankının 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının 01 yanvar 2014-cü il tarixədək 50 mln. manata çatdırılması qərara alınıb. Bankın nizamnamə kapitalı yenidən kapitallaşma prossesi nəticəsində 40 mln. manata çatdırılaraq 1 iyun 2013-cü il tarixinə, ilin əvvəli ilə müqayisədə 33,3 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 68 faiz artimla müşahidə olunub. Bankın məcmu kapitalı isə ilin əvvəli ilə müqayisədə 35,2 faiz artaraq 43,1 mln. manat təşkil edib. Bu da öz növbəsində Mərkəzi Bankın, kapital artımı ilə bağlı banklar qarşısında qoyduğu tələbinin böyük ölçüdə icra olunduğunu göstərir.

Cari ilin yanvar-may ayları üzrə bankın depozit portfeli 2012-ci ilin analoji dövrü ilə müqayisədə 8,2 faiz artıb. Depozit portfelinin strukturunda əhalinin müddətli əmanətləri isə 2012-ci ilin analoji dövrü ilə müqayisədə 20,6 faiz artaraq 50,3 mln. manat təşkil etmişdir.

Bankın nizamnamə kapitalı strukturu ümumilikdə 27 səhmdar olmaqla - 5 hüquqi (23,84%) və 22 fiziki şəxsdən (76,16%) ibarətdir.

2013-cü ilin yanvar-may ayları üzrə fəaliyyət nəticələrinə əsasən, "TuranBank"ın gəlirləri, 8,6 mln. manat həcmində xərclərin müqabilində 10,8 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində Bankın balans mənfəəti 2,2 mln. manat təşkil edib.

Hazırda bankın 14 satış nöqtəsi (onlardan 7-si regionlarda: Tovuzda, Zaqatalada, Gəncədə, Ağstafada, Sumqayıtda, Xaçmazda və Qazaxda yerləşir) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Hazırda bank öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti