...

“AtaSığorta” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 12:13 (UTC +04:00)
11 iyun 2013-cü il tarixində “AtaSığorta” açıq səhmdar cəmiyyətinin səhmdarlarının 2012-ci maliyyə ilinin yekunlarına həsr olunmuş növbəti illik ümumi yığıncağı keçirilib.
“AtaSığorta” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçirilib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

11 iyun 2013-cü il tarixində "AtaSığorta" açıq səhmdar cəmiyyətinin səhmdarlarının 2012-ci maliyyə ilinin yekunlarına həsr olunmuş növbəti illik ümumi yığıncağı keçirilib. Bu barədə cümə axşamı Trend-ə ASC-dən daxil olan məlumatda deyilir.

Ümumi yığıncaqda cəmiyyətin 2012-ci ilin yekunları üzrə İdarə Heyətinin, Direktorlar Şurasının, Təftiş Komissiyasının hesabatları dinlənilmiş, kənar müstəqil auditor tərəfindən yoxlanılaraq rəy verilmiş 2012-ci ilin yekunları üzrə maliyyə hesabatları təsdiq edilmiş, xalis mənfəətin bölüşdürülməsi və cəmiyyətin nizamnamə kapitalının artırılması barədə qərarlar qəbul olunub.

"AtaHolding" Sirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
"AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti