...

Gürcüstan Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının tezliklə başa çatmasında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyun 2013 18:59 (UTC +04:00)
Baş nazir Bidzina İvanişvili Gürcüstanın Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının tezliklə başa çatmasında maraqlı olduğunu bəyan edib.
Gürcüstan Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının tezliklə başa çatmasında maraqlıdır

Gürcüstan, Tbilisi, 26 iyun /Trend, müxbir N.Kirsxaliya/

Baş nazir Bidzina İvanişvili Gürcüstanın Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının tezliklə başa çatmasında maraqlı olduğunu bəyan edib.

Gürcüstanın Baş naziri bu gün NATO-nun Baş katibi Anders Foq Rasmussenlə görüşdən sonra keçirilən brifinqə deyib: "Biz canlı qüvvələrin və yüklərin Əfqanıstandan çıxarılmasında iştirak etmək üçün Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının tezliklə başa çatdırılmasında maraqlıyıq".

Onun sözlərinə görə, 2014-cü ildən sonra Gürcüstan kontingenti Əfqanıstanda qalacaq.

B.İvanişvili bir daha Əfqanıstanda həlak olan hərbçilərin xatirəsini yad edib: "Biz onlarla fəxr edirik və onların qəhrəmanlığı qarşısında baş əyirik. Gürcüstan kontingenti 2014-cü ildən sonra Əfqanıstanda aktiv iştirak etməkdə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti