...

Bakıda I Avropa-Azərbaycan investisiya konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2013 19:38 (UTC +04:00)
Almaniya-Azərbaycan Ticarət Palatası Azərbaycan şirkətləri və sahibkarlarını I Avropa-Azərbaycan investisiya konfransında iştirak etməyə dəvət edir.
Bakıda I Avropa-Azərbaycan investisiya konfransı keçiriləcək

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir A.Axundov/

Almaniya-Azərbaycan Ticarət Palatası Azərbaycan şirkətləri və sahibkarlarını I Avropa-Azərbaycan investisiya konfransında iştirak etməyə dəvət edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Palatanın yaydığı məlumatda deyilir.

"Avropa İttifaqı-Azərbaycan" konfransı bu il sentyabrın 11-də Bakıda keçiriləcək və ikitərəfli görüşlər baş tutacaq.

Konfrans regional investisiya qoyuluşlarını və ticarətin inkişafını stimullaşdıran layihələrə yönəlmiş Aİ-nin təşəbbüsləri - "East Invest" çərçivəsində təşkil ediləcək.

Tədbir sayəsində Azərbaycan sahibkarları potensial investorlara kənd təsərrüfatı, qida sənayesi, alternativ enerji, turizm, səmərəli enerji tikintisi, tekstil sənayesi, İT texnologiyaları, neft, qaz və kimya sənayesi sahələrində öz layihələrini təqdim etmək imkanı əldə edəcəklər.

Konfransda və ikitərəfli görüşlərdə iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək tələb olunur: http://www.ahk-baku.de/veranstaltungen/aktuelle-termine/1st-european-azerbaijani-investment-conference-with-b2b-meetings/.

(+994 12) 448 39 95 telefon nömrəsi ilə əlavə məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti