...

Saxta sərinləşdirici içkilərin istehsalının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2013 16:13 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Ağstafa rayonu, Həsənsu kəndi ünvanında fəaliyyət göstərən “Tural” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən saxta sərinləşdirici içkilərin istehsal edildiyi müəyyən edilib.
Saxta sərinləşdirici içkilərin istehsalının qarşısı alınıb

Azərbaycan, Bakı, 17 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Ağstafa rayonu, Həsənsu kəndi ünvanında fəaliyyət göstərən "Tural" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən saxta sərinləşdirici içkilərin istehsal edildiyi müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, müəssisə tərəfindən "tərxun" içkilərinin gigiyenik və uyğunluq sertifikatları, "düşes" içkilərinin isə uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə "Həsənsu" adlı tərxun və "Karona" adlı düşes içkilərinin markalanma məlumatlarında heç bir sənədə əsaslanmadan məhsulun enerji və qida dəyəri, saxlama müddəti barədə məlumatların verildiyi aşkar edilib.

Bundan başqa, müəssisə tərəfindən istehlakçıda Gürcüstanda istehsal olunduğu təəssüratı yaradan formada markalanmış düşes içkilərinin də istehsal edildiyi müəyyən edilib.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən "Tural" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti