...

"Bank Technique" ASC-nin səhmləri fond birjasının qeyri-kotirovka vərəqəsinə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2013 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.Xəlilova/

İyulun 26-dan Bakı Fond Birjasında (BFB) "Bank Technique" ASC-nin 15,245 milyon manat məbləğində qeydiyyata alınmış adi, adlı, sənədsiz səhmlərinin yeni emissiyasının yerləşdirilməsinə başlanılır.

Fond Birjasından Trend-ə verilən məlumata görə, bank səhmlərinin birjanın qeyri-kotirovka vərəqəsinə salınması üçün BFB-yə müraciət edib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 15 245 səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 64,755 milyon manatdan 80 milyon manatadək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti