...

"Atasığorta" kapitallaşmaya başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2013 11:42 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "AtaSığorta" ASC-nin 2,4 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Atasığorta" kapitallaşmaya başlayır

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir A. Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "AtaSığorta" ASC-nin 2,4 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-yə istinadən verdiyi məlumata görə, bununla da şirkətin nizamnamə kapitalı 31,58 faiz artaraq 7,6 milyon manatdan 10 milyon manata çatacaq. Kapitallaşma haqqında qərar iyunun 13-də səhmdarların ümumi yığıncağında qəbul edilib.

Kapitalın artırılması səhmdarların əlavə vəsaitləri hesabına həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti