...

“AtaBank”-ın 20 000-ci Facebook fanı hədiyyə qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2013 12:44 (UTC +04:00)
Azərbaycanda ən populyar sosial şəbəkə olan Facebook-da “AtaBank”-ın rəsmi səhifəsi bir neçə ay fəaliyyət göstərir. Burada “AtaBank”-ın tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür.
“AtaBank”-ın 20 000-ci Facebook fanı hədiyyə qazanıb

Azərbaycan, Bakı, 7 avqust / Trend /

Azərbaycanda ən populyar sosial şəbəkə olan Facebook-da "AtaBank"-ın rəsmi səhifəsi bir neçə ay fəaliyyət göstərir. Burada "AtaBank"-ın tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür. Bu barədə çərşənbə güün Trend-ə bankdan məlumat verilib.

Facebook səhifəsi fanlarının ən çox marağına səbəb olan aksiyalar isə burada keçirilən müsabiqələrdir. Qaliblərə bahalı hədiyyələr qazandıran bu cür aksiyalar iştirakçılar tərəfindən həyəcanla izlənir. Elə bu yaxınlarda "AtaBank"-ın facebook səhifəsində fanlar üçün yeni "Diqqətli olacaqsan, Mükafat Alacaqsan" kampaniya keçirilib.

Bu gün "AtaBank"-ın baş ofisində facebook səhifəsinin 20 000-ci fanı Talıbova Məryəmə dəyərli hədiyyələr və hesabında 100 manat olan plastik kart hədiyyə təqdim olundu. Elə bundan əvvəl də aktivliyi ilə fərqlənən, müxtəlif təşəbbüslərlə çıxış edən fanlar "AtaBank" tərəfindən dəyərləndiriliblər. Məsələn, facebook səhifəsində "Diqqətli olacaqsan, Mükafat Alacaqsan" kampaniya çərcivəsində Şahin Səmədli, Mehriban Əlizadə, Anar Orucov və Aygün Əliyeva "AtaBank"-dan hesablarında 50 manat olan plastik kartlarla mükafatlandırılıblar.

"AtaBank" sosial şəbəkələrdə fəaliyyətini yalnız facebook-la məhdudlaşdırmır. Müştərilər twitter, youtube, linkedin, google+ və digər populyar sosial şəbəkələrdə bankın rəsmi səhifələrini görə bilərlər.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər internet səhifəmizi ziyarət edə bilərlər - www.atabank.com/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti