...

Evdar xanımlar “Unibank”dan sadələşdirilmiş şərtlərlə kredit ala biləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2013 13:21 (UTC +04:00)
“Unibank”dan kredit götürmək istəyən evdar xanımlara böyük sürpriz. Evdar xanımların kredit alması üçün həyat yoldaşının və ya övladlarının iş yerindən arayış tələb olunmayacaq.
Evdar xanımlar “Unibank”dan sadələşdirilmiş şərtlərlə kredit ala biləcək

Azərbaycan, Bakı, 19 avqust /Trend /

"Unibank"dan kredit götürmək istəyən evdar xanımlara böyük sürpriz. Evdar xanımların kredit alması üçün həyat yoldaşının və ya övladlarının iş yerindən arayış tələb olunmayacaq.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, evdar xanımların bank filiallarına sadəcə şəxsiyyət vəsiqələri və nigah şəhadətnamələri müraciət etmələri kifayətdir. Kreditin maksimal məbləği isə 1500 manata qaldırılıb. Üstəlik xanımlara bankın kredit kartı da verilir ki, bu da Unibank məhsullarından və xidmətlərindən əlavə güzəşt hüququ verir.

Qeyd edək Azərbaycanda ilk dəfə olaraq, "Unibank" evdar xanımlar üçün xüsusi şərtlərlə nağd kredit məhsulu yaradıb. İndi isə bu kreditin şərtləri evdar xanımlar üçün daha da asanlaşdırılıb.

Bankın sərfəli kredit məhsulları Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün nəzərdə tutulub. Adına indiyədək kredit olmayanlar, eləcə də başqa banklara borcu olanlar belə, "Unibank"dan rahatlıqla kredit götürə bilər. Bankın istənilən filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşan müştəri, cəmi 15-20 dəqiqə ərzində nağd kredit əldə edə bilir.

Həm də arayışsız və zaminsiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti