...

Azərbaycan yük avtomobillərinin idxalını 20 faiz azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2013 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.İsmayılov/

2013-cü ilin yanvar-iyul aylarında Azərbaycana 4486 yük avtomobili idxal olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 19,8 faiz azdır. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İdxal olunan yük avtomobillərinin dəyəri 56,46 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 58 faiz azdır.

Ümumilikdə ötən il Azərbaycana 9432 ədəd yük avtomobili idxal olunub ki, bu da 2011-ci ilin göstəricisindən 52,7 faiz çoxdur. İdxal olunan yük avtomobillərinin ümumi dəyəri 213,4 milyon dollardan artıq olub. Bu, 2011-ci ilin göstəricisindən 45,6 faiz çoxdur.

Həmçinin, 2013-cü ilin yanvar-iyul aylarında Azərbaycana 543 avtobus idxal olunub ki, bu da ötən ilin yanvar-iyul aylarına olan göstəricidən 14,5 faiz azdır. İdxal olunan avtobusların ümumi dəyəri 25,46 milyon ABŞ dolları təşkil edibki, bu da ötən ilin analoji dövr göstəricisindən 29,3 faiz azdır.

Ümumilikdə ötən il Azərbaycana 1038 ədəd avtobus gətirilib ki, bu da 2011-ci ildə qeydə alınan göstəricidən 58,5 faiz çoxdur. İdxal olunan avtobusların ümumi dəyəri 49,88 milyon dollar təşkil edib. Bu, 2011-ci ilin göstəricisindən 88,1 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti