...

Bakı Fond Birjasının üzvlərinin siyahısı genişlənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2013 13:24 (UTC +04:00)
23 sentyabr 2013-cü il tarixindən etibarən "İnvest-AZ" MMC Bakı Fond Birjasının(BFB)üzvlüyünə qəbul olunub.
Bakı Fond Birjasının üzvlərinin siyahısı genişlənir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir A.Axundov /

23 sentyabr 2013-cü il tarixindən etibarən "İnvest-AZ" MMC Bakı Fond Birjasının (BFB) üzvlüyünə qəbul olunub.

BFB-dən Trend-ə daxil olan məlumatda bildirilir ki, bununla əlaqədar BFB tərəfindən üzvlüklə bağlı şəhadətnamə şirkətə təqdim edilib. Hazırda BFB-nin "İnvest-AZ" MMC də daxil olmaqla 12 aktiv üzvü var.

Qeyd edək ki, "İnvest-AZ" MMC, 17 sentyabr 2013-cü il tarixindən Bakı Fond Birjasının səhmdarları sırasına daxil olmuşdur. Şirkət Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti