...

Azərbaycanın 15 rayonuna təbii qaz verilişində fasilələr yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2013 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Təmir işləri ilə əlaqədar Azərbaycanın 15 rayonuna təbii qaz verilişində fasilələr yaranıb.

Trend-in "Azəriqaz" İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, bu gün saat 9:00-dan saat 18:00-dək Yevlax, Abşeron, Binəqədi, Tovuz və Lənkəran rayonlarının bir hissəsinə, Qobustan şəhəri daxil olmaqla rayonun bir hissəsinə, saat 10:00-dan 13:00-dək Füzuli və Astara rayonlarının bir hissəsinə, saat 10:00-dan 14:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək Xəzər və Goranboy rayonlarının bir hissəsinə, saat 10:00-dan 18:00-dək Qazax və Ağstafa şəhərləri daxil olmaqla rayonların bir hissəsinə, saat 10:00-dan 19:00-dək Samux rayonunun bir hissəsinə, saat 11:00-dan 14:00-dək isə Bərdə rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti