...

İranda İƏT ölkələrinin XİN rəhbərlərinin iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2013 21:21 (UTC +04:00)
Üç həftə sonra Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.
İranda İƏT ölkələrinin XİN rəhbərlərinin iclası keçiriləcək

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir T.Cəfərov/

Üç həftə sonra Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək. Trend-in İran KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir qeyd edib ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu həm iclasda iştirak etmək, həm də iki tərəfli əməkdaşlığın artırılması məqsədi ilə müzakirələr aparmaq üçün Tehrana səfər edəcək:

"Qonşu ölkələrlə əlaqələrin hərtərəfli, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə inkişafı İranın xarici siyasətinin əsasını təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti