...

"Akkord" istiqrazların tam dəyərini ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2013 15:03 (UTC +04:00)
"Akkord" Korporasiyası ilk dəfə emissiya etdiyi korporativ istiqrazların tam dəyərini ödəyib.
"Akkord" istiqrazların tam dəyərini ödəyib

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

"Akkord" Korporasiyası ilk dəfə emissiya etdiyi korporativ istiqrazların tam dəyərini ödəyib.

Korporasiyadan cümə günü Trend-ə verilən məlumata görə, 2010-cu ildə dövriyyəyə buraxılmış bu isitqrazların tədavül müddəti cari ilin noyabr ayının 7-də bitib. Buna görə "Akkord" Korporasiyası emissiyanın şərtlərinə uyğun olaraq buraxdığı istiqrazların dəyərini tam ödəyib.

Emissiya edilmiş hər bir istiqrazın nominal dəyəri 1.000 (bir min) manat, məcmu nominal dəyəri 50.000.000 (əlli milyon) manat, gəlirlik dərəcəsi isə illik 12,5% təşkil etmişdir. Cəmi 50.000 (əlli min) ədəd korporativ istiqraz buraxılıb. Yerləşdirilməsi kütləvi təklif üsulu ilə həyata keçirilmiş istiqrazların dövriyyə müddəti 3 il təşkil edir.

Qeyd etmək lazımdır ki, ilk emissiya uğurlu olduğundan, "Akkord" Korporasiyası gələcəkdə də borcalmanın bu üsulundan istifadə etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti