...

İslam bankçılığı Azərbaycanın bölgələrində də əlçatan olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 19:12 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkənin bölgələrində İslam bankçılığı çərçivəsində fəaliyyətini genişləndirməyi planlaşdırır.
İslam bankçılığı Azərbaycanın bölgələrində də əlçatan olacaq

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkənin bölgələrində İslam bankçılığı çərçivəsində fəaliyyətini genişləndirməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu ABB-nin İslam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə cümə günü Bakıda keçirilmiş MDB ölkələrinin VI Banklararası Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda İslam bankçılığı çərçivəsində Bakıda pərakəndə müştərilər maliyyələşdirilir: "Bölgələrdə özəl ev təsərrüfatları və sahibkarların mikromaliyyələşdirilməsinə xüsusi diqqət ayrılır".

B.Qurbanzadə qeyd edib ki, İslam pərakəndə portfeli çərivəsində ortaçəkili depozit 1 il müddətinə verilir: "İslam depozit portfelinin ümumi məbləği təqribən 2,5 milyon dollar təşkil edir, istehlak müştərilərinin ümumi maliyyələşdirilməsi isə 10 milyon dolları cüzi üstələyir. ABB, həmçinin Avropada ixtisaslaşdırılmış İslam ödəniş kartını təqdim edən ilk bankdır. "MasterCard" ilə birgə buraxılan bu çoxfunksiyalı kart ilk belə məhsuldur. Bu məhsul istehlakçıların çox məhdud seqmentinə hesablansa da, sübut edir ki, bank üçün hər bir müştəri vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti