...

"AtaSığorta" filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2013 15:56 (UTC +04:00)
"AtaSığorta" ASC hər zaman müştərilərinə daha yaxın olmaq üçün yeni "Cənub" filialını istifadəyə verib.
"AtaSığorta" filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

"AtaSığorta" ASC hər zaman müştərilərinə daha yaxın olmaq üçün yeni "Cənub" filialını istifadəyə verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Lənkəran şəhərinin H.Aslanov küçəsi, 48A ünvanında yerləşən yeni filialda müştərilərə müxtəlif çeşidli sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulub.

"Cənub" filialının açılış mərasimində iştirak edən "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev bildirib: "Şirkət hər zaman keyfiyyətli və operativ sığorta xidmətləri göstərməklə müştərilərinə daha yaxın olmaq üçün çalışır. Regionlarda yeni "AtaSığorta" filial və nümayəndəliklərinin açılması da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir və Strateji plana uyğun olaraq, xidmət şəbəkəsinin genişləndirilməsi bundan sonra da davam edəcək. İnanırıq ki, yeni filialın qayğıkeş əməkdaşları və ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcək".

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" ASC 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 5 filial və 10 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti