...

Mehmet Şimşek: Türkiyə 2023-cü ilədək ilk yerli sərnişin təyyarəsini istehsal edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2014 11:48 (UTC +04:00)
Türkiyə 2023-cü ilədək ilk yerli sərnişin təyyarəsini istehsal edəcək. Bunu ölkənin maliyyə naziri Mehmet Şimşek bəyan edib.
Mehmet Şimşek: Türkiyə 2023-cü ilədək ilk yerli sərnişin təyyarəsini istehsal edəcək

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə 2023-cü ilədək ilk yerli sərnişin təyyarəsini istehsal edəcək. Bunu ölkənin maliyyə naziri Mehmet Şimşek bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Sabah" qəzeti xəbər yayıb.

Onun sözlərinə görə, hazırda ölkədə təyyarənin buraxılışına hazırlıq işləri aparılır.

Bundan əvvəl Şimşək bildirmişdi ki, Türkiyə özünün yerli ortamənzilli sərnişin təyyarələrinin istehsalını təşkil etmək niyyətindədir.

2012-ci ildə Türkiyənin Nazirlər Kabineti 120 yerlik ilk yerli sərnişin təyyarəsinin ilkin layihəsini təsdiqləyib.

Bu gün Türkiyənin aviaparkı "Boeing" və "Airbus" şirkətlərinin təyyarələrindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti