...

Nəqliyyat Nazirliyi Azərbaycanda ödənişli yolların yaradılması şərtlərini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2014 11:32 (UTC +04:00)
Azərbaycanda ödənişli avtomobil yollarının yaradılması üçün ilk növbədə alternativ yolların olması lazımdır.
Nəqliyyat Nazirliyi Azərbaycanda ödənişli yolların yaradılması şərtlərini açıqlayıb

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda ödənişli avtomobil yollarının yaradılması üçün ilk növbədə alternativ yolların olması lazımdır. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin (yolların tikintisi və yenidən qurulması) rəhbəri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, habelə ödənişli yolların yaradılması üçün hüquqi baza da olmalıdır. Ölkədə ödənişli yollar haqqında qanun qəbul edilib. Lakin sənədin yerinə yetirilməsi üzrə hazırlıq işləri hələ başa çatmayıb.

Qurbanovun sözlərinə görə, dünyada ödənişli yolların yaradılması zamanı bu prosesdə yalnız özəl kapital yaxud dövlətin qismən iştirakı yolu ilə iştirakı təcrübəsindən istifadə olunur.

Qurbanovun fikrincə, ödənişli yolların yaradılması üzrə pilot layihə kimi Bakı üçüncü dairəvi yolunun zolaqlarının sayının artırılması və genişləndirilməsi layihəsi xidmət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti