...

"AtaSığorta" sığorta yığımlarını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2014 15:34 (UTC +04:00)
“AtaSığorta” ASC 2013-cü il üzrə fəaliyyətinin nəticələrinə yekun vurub.
"AtaSığorta" sığorta yığımlarını artırıb

Azərbaycan, Bakı, 27 fevral /Trend/

"AtaSığorta" ASC 2013-cü il üzrə fəaliyyətinin nəticələrinə yekun vurub.

Şirkətdən Trend-ə verilən məlumata görə, cari il ərzində şirkətin sığorta haqqı üzrə yığımları 12,6 milyon manat təşkil edib. 2012-ci illə müqayisədə sığorta haqqı yığımları 1,7 milyon manatdan çox artıb.

2013-cü ildə sığorta ödənişlərinin həcmi əvvəlki ilə nisbətən 0,25 milyon manat artaraq 3,0 milyon manatı ötüb. Şirkətin nizamnamə kapitalı cari ildə 2,6 milyon manat artırılaraq 7,6 milyon manata çatdırılıb, aktivlərin ümumi həcmi isə 21 milyon manatı ötüb.

"AtaSığorta" ASC-nin 2013-cü il üzrə balans mənfəəti 1,7 milyon manat təşkil edib.

Bundan əlavə, şirkət cari il ərzində həm əməkdaşların sayı, həm də əhatə dairəsinə görə inkişaf edib. Belə ki, 2013-cü il ərzində şirkətə 54 nəfər yeni əməkdaş işə qəbul edilib və şirkətin xidmət şəbəkəsinə 1 filial, 6 nümayəndəlik və 5 yeni satış ofisi əlavə olunub. Bütün qeyd olunanları nəzərə alaraq, şirkət 2013-cü ildə qarşıya qoyduğu hədəfləri yerinə yetirib və dinamik inkişafını davam etdirib.

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 5 filial, 8 nümayəndəlik və 6 satış ofisi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti