...

"Amrahbank" fərqlənən əməkdaşları İstanbula səfərlə mükafatlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2014 18:24 (UTC +04:00)
7-10 mart 2014-cü il tarixlərində "Amrahbank" ASC-nin işlərində fərqlənən 30-dan çox işçisi İstanbul səfərində oldular.
"Amrahbank" fərqlənən əməkdaşları İstanbula səfərlə mükafatlandırıb

Azərbaycan, Bakı, 14 mart /Trend/

7-10 mart 2014-cü il tarixlərində "Amrahbank" ASC-nin işlərində fərqlənən 30-dan çox işçisi İstanbul səfərində oldular.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, onu qeyd etmək lazımdır ki, həvəsləndirmə məqsədilə təşkil olunmuş bu korporativ tədbir 2013-cü ildə əldə edilmiş uğurlu nəticələrə görə işçilərinin fədakar əməyini qiymətləndirən Bank rəhbərliyinin bir mükafatı idi.

"Amrahbank" İdarə Heyətinin Sədri v.i.e. cənab Emil Həsənovun sözlərinə görə Bankın imici onun əməkdaşlarının göstərdikləri xidmət vasitəsi ilə formalaşdığından insan resursları siyasətinin əsas hədəfi kimi işçilərin peşəkar və şəxsi keyfiyyətlərinə, onların inkişafına, həmçinin korporativ mədəniyyət normalarına riayət edilməsinə xüsusi diqqət edilir, onların Banka daha da yararlı olmaları üçün belə addımlar atılır. E.Həsənovun sözlərinə görə Bankın dəyərlərini, onun strateji hədəflərini qəbul edən, Bankın inkişafı üçün çalışan əməkdaşlar daima mükafatlandırılacaqlar.
Səfər zamanı İstanbulun tarixi-mədəni memarlıq abidələri ziyarət edildi, Bosfor boğazına və şəhərin digər müxtəlif görməli yerlərinə korporativ gəzintilər təşkil olundu.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 20 filiali və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti