...

Hesablama Palatası bir sıra qurumlara ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramlarını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2014 19:15 (UTC +04:00)
Hesablama Palatasının Kollegiya iclasında dövlət büdcəsindən Bakı Slavyan Universiteti üzrə vəsaitlərin istifadəsinə, həmçinin Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının saxlanılmasına, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinə və Meşələrin İnkişafı Departamentinə ayrılan vəsaitlərin istifadəsinə və büdcədənkənar vəsaitlərin icrasına dair audit proqramları müzakirə edilərək təsdiq olunub.
Hesablama Palatası bir sıra qurumlara ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramlarını təsdiq edib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Hesablama Palatası bir sıra qurumlara ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramlarını təsdiq edib.

Hesablama Palatasının Kollegiya iclasında dövlət büdcəsindən Bakı Slavyan Universiteti üzrə vəsaitlərin istifadəsinə, həmçinin Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının saxlanılmasına, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinə və Meşələrin İnkişafı Departamentinə ayrılan vəsaitlərin istifadəsinə və büdcədənkənar vəsaitlərin icrasına dair audit proqramları müzakirə edilərək təsdiq olunub.

Trend Palatanın rəsmi saytına istinadən məlumat verir ki, Kollegiya dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna ayrılan vəsaitlərin istifadəsi ilə bağlı, eyni zamanda, Göyçay rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin "Ümumi dövlət xidmətləri", "Mənzil və kommunal təsərrüfatı" bölmələrindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramlarını təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti