...

"Bigelli Marmi" "Chiza Architectural Bureau" ilə əməkdaşlıqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2014 12:00 (UTC +04:00)
Azərbaycanın ilk və yeganə arxitektura bürosu olan "Chiza Architectural Bureau" dünyada tanınmış İtaliyanın "Bigelli Marmi" şirkəti ilə əməkdaşlığa başlayır.
"Bigelli Marmi" "Chiza Architectural Bureau" ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azərbaycanın ilk və yeganə arxitektura bürosu olan "Chiza Architectural Bureau" dünyada tanınmış İtaliyanın "Bigelli Marmi" şirkəti ilə əməkdaşlığa başlayır.

Bu günlərdə mərmər və digər növ daşların istehsalı ilə məşğul olan şirkətin nümayəndələri Azərbaycanda səfərdə olublar. Bakıya səfər çərçivəsində "Bigelli Marmi" şirkətinin nümayəndələri Marko Petrolati və Qalina Anişuk "Chiza Architectural Bureau"nun rəhbərliyi ilə görüş keçiriblər.

Səmimi əhval-ruhiyyədə keçirilən görüşdə italiyalı qonaqlar "Chiza Architectural Bureau"nun rəhbərliyini İtaliyaya dəvət ediblər, onlar "Bigelli Marmi" şirkətinin istehsal etdiyi məhsulların istehsalını müəssisələrdə əyani şəkildə gözləri ilə görməyi və keyfiyyətini qiymətləndirməyi təklif ediblər.

Həmçinin, görüş zamanı "Bigelli Marmi" şirkətinin nümayəndələri "Chiza Architectural Bureau"ya öz yeni məhsullarını təqdim ediblər. Görüşdə "Chiza Architectural Bureau" və "Bigelli Marmi" şirkətləri arasında əlaqələrin genişləndirilməsi, iki ölkənin şirkətləri arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan başqa, görüşdə "Chiza Architectural Bureau"nun " Bigelli Marmi"şirkətinin fəaliyyəti sahəsini əhatə edən yaradıcı fikirləri sahəsində fikir mübadiləsi aparılıb. Gələcəkdə İtaliya şirkəti Azərbaycan bazarına girmək və özünün istehsal etdiyi məhsulları yerli bazarda satmağı planlaşdırır.

Qeyd edək ki, "Bigelli Marmi" şirkətinin fabriki 1959-cu ildə fəaliyyətə başlayıb. Şirkət öz istehsalı olan geniş növ müxtəlif mərmər, oniks, qranit və digər təbii daşlardan hazırlanan, həmçinin oniksdən olan çanaq məhsulları təqdim edir. Şirkət fabrikinin məhsulları bina tikintisi və örtüyündə, həmçinin mətbəx və vanna otaqlarında istifadə olunur. Fabrik fərdi layihələr üzrə işləyir və müştərinin istənilən arzusunu yerinə yetirməyə qadirdir. "Bigelli Marmi" şirkətinin məqsədi arxitektura ideyalarını düşündüyü kimi həyata keçirməkdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti