...

Damla Bayık: "Excelsior Hotel Baku"-da keçirilən banket və toy şadlıq evləri ilə eyni qiymətə və daha möhtəşəmdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2014 10:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

"Excelsior Hotel & Spa Baku" otelinin marketinq və satış üzrə departamentinin direktoru Damla Bayıkın müsahibəsi.

- Damla xanım, "Aura" Sağlamlıq Mərkəzində yenilikləriniz barədə nələri bildirərdiniz?

- "Aura" Sağlamlıq Mərkəzi Bakının ilk sağlamlıq mərkəzlərindən biridir. "Aura" çox gözəl çalışan və bir çox avadanlıqları, aparatları özündə ehtiva edən mərkəzdir. Burada hazırda 300 nəfərdən çox üzvümüz var.Yaz, yay qabağı yeni üzvlər qəbul etmək üçün əlverişli şərtlərlə paketlər hazırlamışıq. Xüsusən də qadınlar üçün bu cür sərfəli üzvlük paketlərimiz var. Bu paketlər əsasən həftə içi saatlarında çalışmayan xanımlara sərfəlidir.Həftəiçi-həftəsonu vaxtlarını ayırmadan səhər saat 10-dan axşam 17-ə qədər gələn xanımlar üçün isə xüsusi qiymətlərimizdə var. Bunlara kalanetika, aerobika dərsləri də daxildir. Paketdən istifadə edən xanım üzvlərimiz bu dərslərə ödənişsiz olaraq qatıla bilərlər. Bundan başqa, may ayından açılacaq açıq hovuzumuz var. Yay dönəmində xanımlar da bundan faydalana biləcəklər. Onlar bu hovuza hər hansı bir əlavə ödəniş etmədən, uşaqları ilə bərabər girə biləcəklər. Qış ayları üçün isə qapalı hovuzumuz var.Hazırda şəhərdəki yarıolimpik dərinliyi 1 metr 70 santimetr olan tək hovuzdur. Xanımlar ayaqları yerə dəymədən üzmə zövqündən yararlana biləcəklər.

- Mərkəzimızdə istifadə edilən alətlərin hamısı ən son texnologiyaya uyğun olan yeni avadanlıqlardır.

- 5 məşqçimiz var. Özəl dərs almaqdan əlavə buraya gələn üzvlərin hamısı bu məşqçilərdən məsləhətlər ala, onların tövsiyələrindən faydalana bilərlər. Onlar hər zaman üzvlərə bu işlərdə yardımçı olurlar. Əgər fitnesdən istifadə edərkən hər zaman yanınızda məşqçi olmasını istəyirsinizsə, bu zaman özəl məşqçi paketlərimiz və proqramımız da var. Bunu əlavə olaraq satın ala bilərsiniz. Kalori atmanın ən yaxşı vasitəsi boksdur. Çox professional boks məşqçimizin dərslərindən faydalana bilərsiniz, hətta xanımlar üçün də boks dərslərimiz fəaliyyət göstərir. Bundan başqa üzvlərimiz üçün çox kiçik bir ödənişlə boks dərsləri almaq imkanı var. Mən də artıq boks dərsinə başladım. Bu çox faydalı olduğu üçün digər xanımlarımıza da tövsiyə edirəm. İdmanla məşğul olandan sonra kişilər və qadınlar üçün ayrıca bölmələr var. Bu bölmədə qadınlar üçün sauna, türk hamamı var ki, xanımlarımız onlardan kefləri istəyincə yararlana bilərlər. Əgər bununla da kifayətlənməsələr, filippinli qadın massajistlərimizdən massaj xidməti görə bilərlər. Müştərilərimiz "Aura"da olan Vitaliti barımızda sağlam qidalanma üçün təzə sıxılmış meyvə şirələrini sifariş verə bilərlər. Hər mövsümə uyğun meyvəni burada ön plana çıxarırıq ki, hər şey daha sağlıqlı və təravətli olsun. Həmçinin səhər yeməyi üçün çeşidli salat barımız var. İşdən öncə - səhər tezdən gəlib idman edənlər üçün xüsusi səhər yeməyi menyularımız var. Bütün bunlar idmançılar üçün sağlıqlı qidalanmanı özündə ehtiva edir. Həmçinin Mərkəzdə idman mağazası var. İdmana gəlirkən üzgü geyimini unutmusunuzsa, buradan münasib qiymətə müvafiq əşyanı və ya geyimi ala bilərsiniz.

- Otelinizdə banket salonları ilə bağlı hansı yenilikləriniz var?

- Bizim oteldə bu sahə ilə bağlı çoxlu yeniliklər tətbiq olunmağa başlayıb. Bu sahədə əsas yeniliklərimizdən biri bu il toyların və sair yadda qalan tədbirlərin keçirilməsi üçün xüsusi şərait yaratmağımız və dəyişikliklər etməyimizdir. Bunun üçün toy zalına, mebelinə, səs-işıq və sair avadanlıqlara modern dəyişikliklər edilib, yeni dizayn verilib. Bu baxımdan biz toy və banketlərin keçirilməsində digər otellərdən daha üstün xidmətlər verdiyimizi düşünürük. Otellərin banket və toy qiymətləri çox yüksəkdir. Amma biz qiymətlərin münasibliyi baxımından da xeyli üstünük. Demək olar ki, bu baxımdan şadlıq evləri ilə rəqabətdəyik. Əmin edirik ki, bizim otelimizdə keçirilən banket və toy eyni qiymətə və daha möhtəşəmdir. Həmçinin bizim açıq hovuz ətrafı da toy üçün uyğun olan münasib bir yerdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti