...

Milli Məclis vergi qanunvericiliyinə dəyişiklikləri qəbul edib (ƏLVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2014 15:34 (UTC +04:00)
Bu gün Milli Məclisin plenar iclasında vergi qanunvericiliyinə dəyişikliklər paketi qəbul edilib.
Milli Məclis vergi qanunvericiliyinə dəyişiklikləri qəbul edib (ƏLVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:07-də yayılıb)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Əliyev/

Bu gün Milli Məclisin plenar iclasında vergi qanunvericiliyinə dəyişikliklər paketi qəbul edilib.

Trend-in məlumatına görə, parlament "Vergi Məcəlləsinə əlavə və dəyişikliklər haqqında" və "Dövlət ehtiyacları üçün torpaqların alınması haqqında" qanunlara dəyişiklikləri qəbul edib.

Bundan əlavə, "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına müvəqqəti vergi güzəştlərinin verilməsi haqqında" və "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müvəqqəti vergi güzəştlərinin verilməsi haqqında" qanunlar ləğv edilib.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, qanunvericiliyə dəyişikliklər istisnasız olaraq vahid şəklə salma xarakteri daşıyır: "Söhbət belə güzəştlərin ləğvindən getmir. Müzakirə olunan qanunlardakı bütün normalar Vergi Məcəlləsinə dəyişikliklər paketində öz əksini tapıb və belə sənədlərə artıq ehtiyac yoxdur".

Ölkə parlamenti, həmçinin "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edib. Dəyişikliklər əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşayışı üçün şəhadətnamənin alınmasına, eləcə də digər sahələr üzrə rüsumların məbləğinə aiddir.

Dəyişikliklərə əsasən, həddi-büluğa çatmış xarici vətəndaşlar və ya Azərbaycan ərazisində müvəqqəti yaşayış müddətlərinin uzadılması üçün vətəndaşlığı olmayan şəxslər üç aylıq müddətə görə 30 manat, altı aylıq müddət ərzində - 60 manat, bir il ərzində - 120 manat, üç ilə qədər dövr üçün isə 360 manat ödəməli olacaqlar. Həddi-buluğa çatmamışlar üç aylıq müddətə görə 15 manat, altı aylıq müddət ərzində - 30 manat, bir il ərzində - 60 manat, üç ilə qədər - 180 manat ödəməli olacaqlar.

Bir il ərzində ali və orta ixtisas təhsili müəssisələrinin əyani bölmələrində təhsil alanlar Azərbaycanın ümumtəhsil müəssisələrində təhsil almaq üçün 40 manat, iki il üçün isə 80 manat ödəməli olacaqlar.

Hüquqi aktla müəyyən edilmiş qaydada Azərbaycan ərazisində ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması və ya vaxtın uzadılması üçün üç aylıq müddət ərzində vətəndaşlar 350 manat, altı aylıq müddət ərzində - 600 manat, bir il ərzində - 1000 manat ödəməli olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti