...

"PAŞA Həyat"ın əməkdaşları Münhendə keçirilən beynəlxalq konfransda iştirak ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2014 12:24 (UTC +04:00)
“PAŞA Həyat” sığorta şirkətinin əməkdaşları Almaniyanın Münhen şəhərində keçirilən (22-23 may) “2nd Annual Operational Excellence in Insurance- OPEX14” adlı beynəlxalq konfransda iştirak ediblər.
"PAŞA Həyat"ın əməkdaşları Münhendə keçirilən beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan, Bakı, 26 may /Trend/

"PAŞA Həyat" sığorta şirkətinin əməkdaşları Almaniyanın Münhen şəhərində keçirilən (22-23 may) "2nd Annual Operational Excellence in Insurance- OPEX14" adlı beynəlxalq konfransda iştirak ediblər.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, 10-dan çox ölkənin 50-yə yaxın nümayəndəsinin qatıldığı konfransda "PAŞA Həyat"ı müxtəlif departament və şöbə (Strateji Planlaşdırma və İnkişaf, Maliyyə departenti və İnformasiya Texnologiyaları şöbəsi) rəhbərləri təmsil edib.

Avropanın iri dövlətlərinin (Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya və s.) sığorta, maliyyə, informasiya texnologiyaları və digər sahələri əhatə edən şirkətlərin top menecerlərinin təmsil olunduğu konfransda iştirakçı ölklərin təcrübəli menecerləri öz ölkələrində sığorta şirkətlərinin idarə olunması, onların fəaliyyəti barədə maraqlı məruzələr edib.

Konfransda sığorta biznesində yeni qabaqcıl texnologiyaların tətbiqi və şirkətdaxili struktur bölmələri arasında əməliyyatların təkmilləşdirilməsi təcrübəsi barədə maraqlı məlumatlar verilib.

Qeyd edək ki, beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycanda həyat sığortası bazarının inkişafı fonunda aparılan biznes proseslərin və əməliyyatların müasir tələblərə uyğun idarə olunması sahəsində vacib və aktual bir təşəbbüs kimi qiymətləndiriə bilər.

Xatırladaq ki, PAŞA Holding" Şirkətlər Qrupun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti