...

"AtaSığorta" valideyn himayəsindən məhrum olan fiziki qüsürlu uşaqlarla bayram görüşü keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2014 13:06 (UTC +04:00)
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “AtaSığorta” ASC-nin əməkdaşları Şağan qəsəbəsində yerləşən 3 saylı internat evini ziyarət edərək bayram tədbiri keçirmişdir.
"AtaSığorta" valideyn himayəsindən məhrum olan fiziki qüsürlu uşaqlarla bayram görüşü keçirib (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "AtaSığorta" ASC-nin əməkdaşları Şağan qəsəbəsində yerləşən 3 saylı internat evini ziyarət edərək bayram tədbiri keçirmişdir.

Tədbir iştirakçıları fiziki qüsurlu uşaqların müxtəlif materiallardan hazırlanmış əl işləri ilə yaxından tanış olmuşlar. Daha sonra uşaqlar üçün bayram süfrəsi hazırlanmış, şer və nəğmələr söyləyən uşaqlara isə hədiyyələr təqdim olunmuşdur. Hədiyyələrin təqdimatından sonra baş tutmuş konsertdə uşaqlar qonaqlarla birgə milli musiqimizin sədaları altında şənlənmişdirlər.

3 saylı uşaq internat evinin direktoru Sevinc Məlikova "AtaSığorta" şirkətinə bu ziyarət üçün təşəkkür etmiş və bundan sonra da bu kimi işlərin həyata keçirilməsinin önəmini bildirməklə şirkətə gələcək fəaliyyətində uğurlar arzulamışdır.

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 5 filial, 6 nümayəndəlik və 6 satış ofisi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti