...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2014 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir Z. Qurbanova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd və ya 0,01 faiz möhkəmlənib.

Trend-in məlumatına görə, müvafiq olaraq, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78436 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

26 may

0,7844

2 iyun

0,7844

27 may

0,7844

3 iyun

0,7844

28 may

-

4 iyun

0,7844

29 may

0,7844

5 iyun

0,7843

30 may

0,7844

6 iyun

0,7843

Həftə ərzində orta

0,7844

Həftə ərzində orta

0,78436

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7829 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyunun 2-də 4,492 milyon dollar, iyunun 3-də 2,179 milyon dollar, iyunun 4-də 6,433 milyon dollar, iyunun 5-də 0,89 milyon dollar. İyunun 6-da sövdələşmələr həyata keçirilməyib.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

26 may

0,7829

2 iyun

0,7829

27 may

0,7829

3 iyun

0,7829

28 may

-

4 iyun

0,7829

29 may

0,7829

5 iyun

0,7829

30 may

0,7829

6 iyun

0,7829

Həftə ərzində orta

0,7829

Həftə ərzində orta

0,7829

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti