...

Azərbaycanda fiziki şəxslərin əmanətləri I rübdə ümumi əmanətlərin 67 faizini təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 16:49 (UTC +04:00)
ADIF əmanətçilərin diqqətinə çatdırır ki, 19 may 2014-cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faizdən 9 faizə endirilib...
Azərbaycanda fiziki şəxslərin əmanətləri I rübdə ümumi əmanətlərin 67 faizini təşkil edib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

2014-cü ilin I rübündə fiziki şəxslərin cəmi əmanətləri (6 077 mln. manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 67%-ni təşkil edib.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADIF) Trend-ə verilən məlumata görə, I rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (6,1 mlrd. manat) 41,3%-ni (2,51 mlrd. manat) qorunmayan əmanətlər, 58,7%-ni (3,57 mlrd. manat) isə qorunan əmanətlər təşkil edib.

Kompensasiya olunan əmanətlər 1 947 mln. manat olub ki, bu da qorunan əmanətlərin 54,0%-ni təşkil edir.

Qorunan əmanətlərin 62%-i manatın, 34%-i ABŞ dollarının, 4%-i isə avronun payına düşür.

Üzv banklar tərəfindən 5 862 322 əmanətçiyə xidmət göstərilir ki, onların da 5 346 340 nəfəri (91%) qorunan əmanətçidir.

Hazırda Fondun sığorta ehtiyatları 79,7 mln. manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi ADIF-in investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 63,7 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirlilik 4,4% təşkil edib. Fondun 5,0 mln. avro vəsaiti isə "Deutsche Asset & Wealth Management International" şirkəti vasitəsilə idarə olunur.

Fondun iştirakçısı olan bankların sayı 42-dir.

ADIF əmanətçilərin diqqətinə çatdırır ki, 19 may 2014-cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faizdən 9 faizə endirilib və bu tarixdən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdiriləcək əmanətlər qorunmayan əmanət hesab ediləcək.

Sığorta hadisəsi baş verərsə qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti