...

Mərkəzi Bank Azərbaycanda zərərlə işləyən bankların sayının artması ilə bağlı məsələyə aydınlıq gətirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 17:28 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) zərərlə işləyən bankların sayının artması ilə bağlı məsələyə aydınlıq gətirdi.
Mərkəzi Bank Azərbaycanda zərərlə işləyən bankların sayının artması ilə bağlı məsələyə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan Mərkəzi Bankı (AMB) zərərlə işləyən bankların sayının artması ilə bağlı məsələyə aydınlıq gətirdi.

Mərkəzi Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son dövrlər kütləvi informasiya vasitələrində bank sistemində depozitlərin həcminin azalması və zərərlə işləyən bankların sayının artması ilə əlaqədar müxtəlif şərhlər verilir: "Bununla əlaqədar bildiririk ki, depozitlərin dinamikası iqtisadi tsikldən, mövsümi amillər və digər səbəblərdən asılı olaraq əmanətçilərin fərdi davranışındakı dəyişiklikdən təsirlənir".

Cari ilin aprel ayı ərzində depozitlərin həcmində müşahidə olunmuş azalma sistem xarakteri daşımayıb və may ayında bankların depozitlərinin həcmi bərpa olunub, aprel ayındakı azalmanı üstələyib.

Bütövlükdə isə son 10 ildə depozitlərin həcmi orta illik 40%, 2013-cü ildə 25%, cari ilin beş ayında isə 5% artıb.

Zərərlə işləyən bankların sayının artımı isə bankların aktivlər üzrə daha konservativ ehtiyatlanma siyasəti tətbiq etməsi ilə bağlı olub. Bu, bankların maliyyə dayanıqlığına, onların fəaliyyətinə hər hansı risk və ya təhlükə yaratmır. Qeyd edilən göstəricilər bankların ilk beş aydakı fəaliyyətinin nəticəsidir.

AMB bir daha bildirir ki, bank sisteminin maliyyə dayanıqlığı göstəriciləri stabildir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti