...

Azərbaycan brokerlərinin renkinqində dəyişikliklər olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2014 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend/

2014-cü ilin iyul ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə ilk dəfə olaraq "İnvest-AZ" MMC başçılıq edib.

Şirkət ümumi dəyəri 982,45 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə bazar ertəsi Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib. İyunda lider olan "Paşa Kapital" MMC ötən ay altıncı yerdə qərarlaşıb.

İkinci yeri ümumi həcmi 977,5 milyon manat olan broker xidmətləri göstərmiş bazarın yeni iştirakçısı "PSG-Broker" tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 38,08 milyon manatla "Brokdil Az" MMC qərarlaşıb. MMC əvvəlki ay ikinci olub.

"İnvest-AZ" şirkəti "Cənub Qaz Dəhlizi" QSC-nin istiqrazlarının alıcı brokeri (ARDNŞ) seçilməsi sayəsində birinci yerə çıxıb. QSC 0,92 milyard dollar və 1,25 milyard dollar həcmində istiqrazların iki emissiyasını buraxıb.

2014-cü ilin iyulunda xidmətlərin həcmi üzrə qiymətli kağızlar bazarında brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əməliyyatların həcmi

(AZN)

1

"İnvest-AZ" MMC

982,454,757.24

2

"PSG-Broker"

977,516,226.50

3

2

"Brokdil-Az" MMC

38,083,000.00

4

9

"Texnika Kapital Menecment" MMC

25,144,092.05

5

4

"Çelsi Kapital" MMC

17,382,111.33

6

1

"Paşa Kapital" MMC

13,128,027.35

7

6

"Unicapital" ASC

10,576,437.41

8

8

"ADB Broker" MMC

8,060,957.60

9

5

YapiKrediİnvest

6,048,263.00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti