...

Ziyad Səmədzadə: Azərbaycanın qeyri-neft sektorunun inkişafı planları çərçivəsində Rusiya ilə investisiya sazişlərindən istifadə etməsi vacibdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2014 13:10 (UTC +04:00)
Sentyabrın 29-da Həştərxanda Azərbaycan və Rusiya arasında imzalanan investisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair hökumətlərarası saziş ölkənin maliyyə imkanlarının genişlənməsinin göstəricisidir.
Ziyad Səmədzadə: Azərbaycanın qeyri-neft sektorunun inkişafı planları çərçivəsində Rusiya ilə investisiya sazişlərindən istifadə etməsi vacibdir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Sentyabrın 29-da Həştərxanda Azərbaycan və Rusiya arasında imzalanan investisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair hökumətlərarası saziş ölkənin maliyyə imkanlarının genişlənməsinin göstəricisidir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, bu sazişin imzalanması böyük əhəmiyyət kəsb edir və Azərbaycanın katipal qoyuluşları qəbul edən ölkədən investisiyların ixracatçısına çevrilməsinə nümunədir: "Biz təkcə investisiyalar cəlb etmirik, həm də xaricdə yatırımlar edirik. Və bu, ölkəmizin maliyyə imkanlarının genişlənməsinin göstəricisidir. Bundan əlavə, qonşu ölkələrlə iqtisadi və siyasi əməkdaşlıq hər iki xalq üçün mühüm şərtdir. Hesab edirəm ki, Azərbaycan əldə olunan razılaşmalardan rasional istifadə edə bilir və ölkələrimiz arasında münasibətlər daha da yaxşılaşacaq".

Onun sözlərinə gögrə, Azərbaycan hökumətin qeyri-neft sektorunun inkişafı planları çərçivəsində investisiya sazişlərindən istifadə etməlidir.

Z.Səmədzadə deyib ki, 2013-cü ildə Azərbaycan iqtisadiyyatına Ermənistandakından 20 dəfə çox investisiya qoyulması faktı Azərbaycana göstərilən etimadın səviyyəsini göstərir. Azərbaycanın ÜDM-i Cənubi Qafqaz ölkələrinin ÜDM-nin 75 faizini təşkil edir: "Bunların hamısı Azərbaycana etimad göstərilməsi və ölkədə sağlam investisiya şəraitinin yaradılmasından xəbər verir. Və bundan rasional şəkildə istifadə etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti