...

MONEYVAL Azərbaycanda çirkli pulların yuyulması üzrə hesabatı iclasın gündəliyinə daxil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2014 18:45 (UTC +04:00)
Tədbirdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
MONEYVAL Azərbaycanda çirkli pulların yuyulması üzrə hesabatı iclasın gündəliyinə daxil edib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir Azad Həsənli/

2014-cü il 29 sentyabr - 1 oktyabr tarixlərində Fransanın Strasburq şəhərində Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə (PY/TMM) qarşı fəaliyyət sisteminin IV raund qiymətləndirilməsi üzrə hesabat layihəsinin ilkin müzakirəsi təşkil edilib.

Tədbirdə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Trend-in QKDK-ya istinadən verdiyi məlumata görə, müzakirə çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndirmə missiyası arasında ölkədə PY/TMM sahəsində mövcud situasiyanın, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin və əldə edilmiş inkişafların hesabatda obyektiv şəkildə əks olunması istiqamətində intensiv danışıqlar aparılıb və əsaslandırılmış faktlar təqdim edilib.

Konstruktiv məcrada keçirilmiş müzakirələrin nəticəsi olaraq Azərbaycan nümayəndə heyətinin arqumentləşdirilmiş qeydləri nəzərə alınmaqla hesabat layihəsinin MONEYVAL-ın cari ilin dekabr ayında baş tutacaq növbəti plenar iclası zamanı müzakirəyə çıxarılması barədə razılıq əldə edilib.

MONEYVAL üzv ölkələrdə yerli PY/TMM sisteminin beynəlxalq tələblərə uyğunluğunun dövrü olaraq qiymətləndirilməsini həyata keçirir və bu məqsədlə təşkilatın qiymətləndirmə missiyası 2014-cü ilin 17-22 fevral tarixlərində Bakıda səfərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti