...

Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının dayandırılmasına dair məlumat doğru deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2014 18:10 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun tikintisinin dayandırılması haqqında məlumat həqiqətə uyğun deyil.
Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının dayandırılmasına dair məlumat doğru deyil

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir Emil İsmayılov/

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun tikintisinin dayandırılması haqqında məlumat həqiqətə uyğun deyil. Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiyalar Nazirliyindən deyiblər.

Nazirlikdən qeyd ediblər ki, yaxın günlərdə bu məsələ üzrə daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, BTQ Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir. Layihəni 2015-ci ildə başa çatdırmaq planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti