...

Sumqayıtda FASA proqramının ailəvi idman yarışları keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2014 13:37 (UTC +04:00)
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə həyata keçirdiyi “Fəal Ailəm, Sağlam Aləm” (FASA) proqramı çərçivəsində Sumqayıt İdman Kompleksində zona ailəvi idman təsnifat yarışları keçirilib.
Sumqayıtda FASA proqramının ailəvi idman yarışları keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkətinin birgə həyata keçirdiyi "Fəal Ailəm, Sağlam Aləm" (FASA) proqramı çərçivəsində Sumqayıt İdman Kompleksində zona ailəvi idman təsnifat yarışları keçirilib. Yarışların əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təbliğ etməklə insanları, xüsusilə uşaqları, gəncləri və onların valideynlərini Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.

Fəal və sağlam həyat tərzi daha xoşbəxt yaşamağa gətirib çıxarır və bu, bütün cəmiyyətin xeyir götürə biləcəyi bir şeydir. "Coca-Cola" şirkətinin prioritet istiqamətlərindən biri insanları, onların ailələrini və icmaları fəal və sağlam həyat tərzinə təşviq etməklə, dayanıqlı cəmiyyətlərin yaratmasıdır. Məhz bu səbəbdən "Coca-Cola" hər bir ölkədə insanları FASA kimi fiziki proqramlarda iştirak etməyə cəlb edir, o baxımdan ki, biznes yalnız dayanıqlı cəmiyyətlərdə dayanıqlı ola bilər.

Müxtəlif idman yönümlü şən, təhlükəsiz və inklusiv oyunlardan ibarət yarışlara bölgənin 7 rayon və şəhərindən olan ailələr qatılıb. Ümumilikdə yarışlara 500 nəfərdən artıq tamaşaçı azarkeşlik edib.

Ailəvi İdman Təsnifat Yarışının bu mərhələsində MOK-un məsul əməkdaşları, rayon icra hakimiyyəti başçılarının müavinləri, rayon gənclər və idman idarələri, həmçinin təhsil şöbələrinin rəisləri, müxtəlif idman federasiyaları, cəmiyyət və klubların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Yarışları giriş sözü ilə açan MOK-un məsul əməkdaşı, beynəlxalq dərəcəli hakim Vaqif Əliyev çıxış edərək Olimpiya hərəkatından, FASA proqramının tarixçəsindən və bu kimi sosial yönümlü idman proqramlarının ölkədə bədən tərbiyəsi və idmanın kütləviləşməsinə olan təsirindən danışıb. Çıxışının sonunda V. Əliyev xüsusi ictimai əhəmiyyətə malik belə bir tədbirlərin təşkilində göstərdikləri dəstəyə və köməyə görə yerli hökümət orqanları, Olimpiya idman komplekslərinin rəhbərliyi və kollektivlərinə dərin təşəkkürünü bildirib.

Rəsmi çıxışlardan sonra müxtəlif idman növlərindən ibarət şən və təhlükəsiz oyunlara start verilib. Tədbirə dəstək üçün qatılan gənc müğənni və rəqqasların çıxışı yarış həyəcanını bir qədər də artırmış oldu. Sumqayıt zonası üzrə təsnifat yarışlarında Qusar, Quba, Xaçmaz, Xızı, Sumqayıt və Abşeronu təmsil edən ailələr çıxış ediblər. Nəticədə Sumqayıt komandası 1-ci, Qusar - 2-ci, Xaçmaz isə 3-cü yerə layiq görülüb. Yarışın qalibləri MOK və "Coca-Cola" şirkətinin qiymətli hədiyyələri, həmçinin diplomları ilə mükafatlandırılıb. Növbəti mərhələ kimi qalib ailələr bu ilin dekabrın 20-də Bakı şəhərində keçiriləcək Final Turnirdə güclərini yenidən sınayacaqlar.

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli və tanınmış brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 17 mlrd. ABŞ dolları olan brendlər daxildir: "DietCoke", "Fanta", "Sprite", "Coca-ColaZero", "vitaminwater", "Powerade", "MinuteMaid", "Simply" və "Georgia Coffee". Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com və ya "Twitter" www.twitter.com/CocaColaCo, www.coca-colablog.com səhifəsində "Coca-Cola Unbottled" bloqunda və "LinkedIn"də www.linkedin.com/company/the-coca-cola-company izləyin.

Sumqayıtda FASA proqramının ailəvi idman yarışları keçirilib

Bakı - 4 dekabr 2014-cü il. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkətinin birgə həyata keçirdiyi "Fəal Ailəm, Sağlam Aləm" (FASA) proqramı çərçivəsində Sumqayıt İdman Kompleksində zona ailəvi idman təsnifat yarışları keçirilib. Yarışların əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təbliğ etməklə insanları, xüsusilə uşaqları, gəncləri və onların valideynlərini Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.

Fəal və sağlam həyat tərzi daha xoşbəxt yaşamağa gətirib çıxarır və bu, bütün cəmiyyətin xeyir götürə biləcəyi bir şeydir. "Coca-Cola" şirkətinin prioritet istiqamətlərindən biri insanları, onların ailələrini və icmaları fəal və sağlam həyat tərzinə təşviq etməklə, dayanıqlı cəmiyyətlərin yaratmasıdır. Məhz bu səbəbdən "Coca-Cola" hər bir ölkədə insanları FASA kimi fiziki proqramlarda iştirak etməyə cəlb edir, o baxımdan ki, biznes yalnız dayanıqlı cəmiyyətlərdə dayanıqlı ola bilər.

Müxtəlif idman yönümlü şən, təhlükəsiz və inklusiv oyunlardan ibarət yarışlara bölgənin 7 rayon və şəhərindən olan ailələr qatılıb. Ümumilikdə yarışlara 500 nəfərdən artıq tamaşaçı azarkeşlik edib.

Ailəvi İdman Təsnifat Yarışının bu mərhələsində MOK-un məsul əməkdaşları, rayon icra hakimiyyəti başçılarının müavinləri, rayon gənclər və idman idarələri, həmçinin təhsil şöbələrinin rəisləri, müxtəlif idman federasiyaları, cəmiyyət və klubların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Yarışları giriş sözü ilə açan MOK-un məsul əməkdaşı, beynəlxalq dərəcəli hakim Vaqif Əliyev çıxış edərək Olimpiya hərəkatından, FASA proqramının tarixçəsindən və bu kimi sosial yönümlü idman proqramlarının ölkədə bədən tərbiyəsi və idmanın kütləviləşməsinə olan təsirindən danışıb. Çıxışının sonunda V. Əliyev xüsusi ictimai əhəmiyyətə malik belə bir tədbirlərin təşkilində göstərdikləri dəstəyə və köməyə görə yerli hökümət orqanları, Olimpiya idman komplekslərinin rəhbərliyi və kollektivlərinə dərin təşəkkürünü bildirib.

Rəsmi çıxışlardan sonra müxtəlif idman növlərindən ibarət şən və təhlükəsiz oyunlara start verilib. Tədbirə dəstək üçün qatılan gənc müğənni və rəqqasların çıxışı yarış həyəcanını bir qədər də artırmış oldu. Sumqayıt zonası üzrə təsnifat yarışlarında Qusar, Quba, Xaçmaz, Xızı, Sumqayıt və Abşeronu təmsil edən ailələr çıxış ediblər. Nəticədə Sumqayıt komandası 1-ci, Qusar - 2-ci, Xaçmaz isə 3-cü yerə layiq görülüb. Yarışın qalibləri MOK və "Coca-Cola" şirkətinin qiymətli hədiyyələri, həmçinin diplomları ilə mükafatlandırılıb. Növbəti mərhələ kimi qalib ailələr bu ilin dekabrın 20-də Bakı şəhərində keçiriləcək Final Turnirdə güclərini yenidən sınayacaqlar.

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli və tanınmış brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 17 mlrd. ABŞ dolları olan brendlər daxildir: "DietCoke", "Fanta", "Sprite", "Coca-ColaZero", "vitaminwater", "Powerade", "MinuteMaid", "Simply" və "Georgia Coffee". Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com və ya "Twitter" www.twitter.com/CocaColaCo, www.coca-colablog.com səhifəsində "Coca-Cola Unbottled" bloqunda və "LinkedIn"də www.linkedin.com/company/the-coca-cola-company izləyin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti