...

Azərbaycanın iri bankı kapitalını 17 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2015 20:30 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin məbləği 100 milyon manatdan bir qədər çox olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın iri bankı kapitalını 17 faiz artırır

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin məbləği 100 milyon manatdan bir qədər çox olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-ya istinadən verdiyi məlumata əsasən, emissiya çərçivəsində hər birinin nominal dəyəri 0,27 manat olan 370 370 371 səhm buraxılıb.

Yerləşdirmədən sonra şirkətin nizamnamə kapitalı 590,2 miyon manatdan (2015-ci il yanvarın 1-nə olan vəziyyətə görə) 690,2 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti