...

Xalq Bankın “Yubiley” filialı fəaliyyətə başlayıb.

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2015 12:21 (UTC +04:00)
ASC “Xalq” Bankının Bakı şəhərində yeni filialı fəaliyyətə başlayıb. Xalq Bankın yaranmasının onilliyində açılan yeni filiala “Yubiley” adı verilib.
Xalq Bankın “Yubiley” filialı fəaliyyətə başlayıb.

Azərbaycan, Bakı, 31 mart /Trend/

Xalq Bankın "Yubiley" filialı fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, ASC "Xalq" Bankının Bakı şəhərində yeni filialı fəaliyyətə başlayıb. Xalq Bankın yaranmasının onilliyində açılan yeni filiala "Yubiley" adı verilib.

"Yubiley" filialı Bankın yeddinci paytaxt, ümumilikdə isə sayca 26-cı filialıdır. Yeni filial əhaliyə və kommersiya şirkətlərinə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.

Filial, Bakı şəh., Azərbaycan pr-ti 11, ünvanda yerləşir. Telefon: (012) 497 5812; Faks: (012) 497 5814. Filial şəbəkəsinin inkişafı Xalq Bankın inkişaf strategiyasının əsasını təşkil edən istiqamətlərdəndir. Bank 2015-ci ildə də filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti