...

Rusiyadan Azərbaycana tez xarab olan malların tədarükü ilə bağlı yeni təklif

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2015 16:50 (UTC +04:00)
Rusiya Federal Gömrük Xidməti tez xarab olan məhsullar, ərzaq və tərəvəzlərin bu ölkəyə tədarük edilməsi üçün Azərbaycana "yaşıl dəhliz" yaratmağı təklif edib.
Rusiyadan Azərbaycana tez xarab olan malların tədarükü ilə bağlı yeni təklif

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Ənvər Məmmədov/

Rusiya Federal Gömrük Xidməti tez xarab olan məhsullar, ərzaq və tərəvəzlərin bu ölkəyə tədarük edilməsi üçün Azərbaycana "yaşıl dəhliz" yaratmağı təklif edib.

Trend-in məlumatına görə, bunu Xidmətin rəhbəri Andrey Belyaninov Federasiya Şurasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Rusiya bütün istiqamətlər üzrə Azərbaycanla əmtəə dövriyyəsinin artırılmasında maraqlıdır: "Xüsusilə, Azərbaycandan tez xarab olan məhsulların tədarükünə diqqət ayırırıq, çünki onlar nisbətən ucuz, lakin çox keyfiyyətli olurlar və Rusiya ərazisinə daha tez tədarük edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti