...

Azərbaycanda 81 sığorta agentinin fəaliyyəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2015 13:58 (UTC +04:00)
2014-cü ilin sonundan Azərbaycanda 46 sığorta agentinin lisenziyası geri çağırılıb, 81 agentin lisenziya fəaliyyəti müvəqqəti dayandırılıb.
Azərbaycanda 81 sığorta agentinin fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Azad Həsənli/

2014-cü ilin sonundan etibarən Azərbaycanda 46 sığorta agentinin lisenziyası geri çağırılıb, 81 agentin lisenziya fəaliyyəti müvəqqəti dayandırılıb. Trend-in məlumatına görə, bunu Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov III Milli Sığorta Agentləri Forumunda deyib.

Onun sözlərinə görə, 2014-cü il dekabrın 8-dən bu günədək 46 sığorta agentinin lisenziyası geri çağırılıb, 10 sığorta agenti fəaliyyətinin dayandırlması ilə bağlı özü müraciət edib, 81-nin isə lisenziyası 6 ay müddətinə dayandırılıb".

M.İsrafilov qeyd edib ki, Azərbaycanda 900-dən çox sığorta agenti qeydiyyata alınsa da, onlardan çoxu faktiki olaraq fəaliyyət göstərmir və ya fəaliyyətlətini artıq dayandırıblar: "Bununla belə, onlar Dövlət Sığorta Nəzarəti Xidmətinə fəaliyyətlərini dayandırmaq haqqında ərizə təqdim etməyiblər".

O əlavə edib ki, sığorta agentləri hər rüb fəaliyyətləri ilə bağlı hesabat təqdim etməldirlər: "Lakin təəssüf ki, hamı belə etmir. Hazırda təqribən 800 sığorta agenti 2014-cü ilin III və IV rübün yekunları üzrə hesabat təqdim ediblər, ancaq 100-dən çoxu hələ də bunu etməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti