Azərbaycan, Bakı, 20 aprel /Trend/
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, kollegiyanın sədri Şahin Mustafayev 2015-ci ilin I rübündə qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Vurğulanıb ki, ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında ötən il başlamış və hazırda da davam edən qeyri-sabitliyin mənfi təsirinin qarşısının alınmasında dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malikdir. Görülmüş işlərin nəticəsi olaraq, 2015-ci ilin I rübündə ümumi daxili məhsul 5,3% artıb, sənayedə 3,5%, kənd təsərrüfatında 3,4%, rabitədə 9,3%, tikintidə 13,2%, nəqliyyatda 5%, ticarətdə 9,6%, ümumilikdə qeyri-neft sektorunda 7%-lik artıma nail olunub. Hazırda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 68%-i ötüb. Bu ilin ilk üç ayında 30 minə yaxın yeni iş yeri açılıb, əhalinin gəlirləri 5,3% artmaqla inflyasiyanı 2 dəfəyədək üstələyib, istehlak bazarının sabitliyi təmin edilib. Dünyada baş verən neqativ iqtisadi proseslər fonunda Azərbaycan investisiya reytinqini qoruyub saxlayıb.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti ölkədə iqtisadi inkişafın davam etdiyini qeyd edib, bu ilin birinci rübündə sosial-iqtisadi sahədə əldə olunmuş uğurları yüksək qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun inkişafı, ərzaq tәhlükәsizliyinin möhkəmləndirilməsi, sahibkarlığın inkişafı üçün dövlәt güzәştlәrindən sәmәrәli istifadә etmәklə istehsal olunan mәhsulların rәqabәtqabiliyyәtliliyinin artırılması, yerli istehsalın stimullaşdırılması üçün әlavә tәdbirlәrin və təkliflərin hazırlanması, yeni iş yerlərinin açılması və s. barədə tapşırıqlar verib.
Nazirlər Kabinetinin iclasında dövlət başçısı sənayenin inkişafının, bu məqsədlə yerli sənaye potensialından səmərəli istifadənin əhəmiyyətini, lokalizasiyanın səviyyəsinin artırılmasının zəruriliyini vurğulayaraq, Neftçala ilə yanaşı, hər bir rayonda sənaye zonasının yaradılması və sənaye zonalarının lazımi infrastrukturla təmin olunması, tikinti materiallarına tələbatın tam şәkildә yerli istehsal hesabına ödənilməsi istiqamətində tapşırıqlar verib.
2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunduğunu diqqətə çatdıran dövlət başçısı meliorasiya tәdbirlәrinin davam etdirilməsi, suvarma kanallarının tikintisi və şaxәlәndirilmәsi, bu ilin sonuna qәdәr Xızı rayonunda 3 min hektardan çox torpağa su verilmәsinin təmin edilməsi, istehsal olunan әrzaq mәhsullarının bütün komponentlәrinin ölkədə istehsal olunması, aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması məsələlərini vəzifə olaraq qarşıya qoyub. Bundan başqa, dövriyyәyә buraxılacaq yeni torpaqlarda bazarların tәlәbatına uyğun mәhsul yetişdirilmәsi, burada tam dövlәt nәzarәtinin təmin olunması barədə İqtisadiyyat vә Sәnaye, Kәnd Tәsәrrüfatı nazirliklәrinə konkret tapşırıqlar verib.
Kollegiya iclasında nazir Ş.Mustafayev qeyd edib ki, dövlət başçısı tərəfindən biznes mühitinin daha da yaxşılaşdırılması, ixrac imkanlarının genişləndirilməsi, ixrac nomenklaturunun genişlәndirmәsi və yeni bazarların araşdırılması, Qazaxıstanın Aktau şәhәrindә yaradılan logistika bazasında bu ilin sonuna qәdәr real nәticәnin əldə olunmasına dair vəzifələr müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, dövlət başçısı, həmçinin sosial layihələrin və bütün sosial proqramların tam şəkildə icrası, məktəb, xəstəxana, uşaq bağçalarının, peşə məktəblərinin tikintisinin davam etdirilməsi, bölgәlәrdә elektrik enerjisi ilә təminatın, xüsusilə ötürücü xәtlәrlә bağlı vəziyyətin yaxşılaşdırılması və içməli su ilə təminatın səviyyəsinin yüksəldilməsi barədə tapşırıqlar verib.
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən inhisarçılığa qarşı mübarizәnin güclәndirilmәsi, qiymәtlәrin sabit saxlanılması, süni qiymәt artımının qarşısının alınması, bütün apteklәrdә ciddi nәzarәtin tәşkil edilməsi vә keyfiyyәtә nəzarətin artırılması istiqamətində İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinə müvafiq göstərişlər verilib.
Dövlət başçısının çıxışında ekoloji məsələlər də diqqət mərkəzində saxlanılıb, göllərin təmizlənməsinin, ağacların əkilməsi, parkların salınmasının davam etdirilməsi, birinci Avropa Oyunlarına hazırlıq barədə istiqamətində tapşırıqlar verilib.
Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi çıxışından irəli gələn və İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
İclasda, həmçinin "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" dövlət başçısının 22 dekabr 2014-cü il tarixli fərmanına uyğun olaraq, çoxmənzilli binalarda Mənzil Məcəlləsi ilə müəyyən olunmuş yeni idarəetmə üsullarının tətbiqi sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə hesabat dinlənilib.
Kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyinə verilən tapşırığa əsasən, ixracın təşviqinin təkmilləşdirilməsi ilə bağlı hazırlanmış təkliflər müzakirə edilib.
Kollegiya iclasında cari məsələlərə də baxılıb, müvafiq qərarlar qəbul olunub.