...

Expressbank Bərdə şəhərində yeni filial açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2015 11:38 (UTC +04:00)
Expressbank Bərdə şəhərində yeni filial açıb
Expressbank Bərdə şəhərində yeni filial açıb

Azərbaycan, Bakı, 22 may /Trend/

Expressbank Bərdə şəhərində yeni filial açıb.

Bankdan Trend-ə verilən məlumata görə, Expressbank Bərdə şəhərində sayca 18-ci olan yeni filialın rəsmi açılış tədbirini keçirib. Yeni filial Bərdə şəhərində Heydər Əliyev prospekti 88A ünvanında yerləşir və müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün zəruri imkanlara malikdir.

Bankın filialında keçirilən tədbirdə Expressbank-ın fəaliyyəti, nailiyyətləri, eləcə də Bərdə filialı və filialın göstərdiyi xidmətlər barədə iştirakçılara məlumat verilib, müxtəlif kredit məhsulları və sair xidmətlər üzrə maarifləndirici materiallar paylanılıb və suallar cavablandırılıb.

"Bu gün Expressbank sayca 6-cı regional filialını müştərilərin istifadəsinə verir. Bankın Bərdə filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdir. Yaxın gələcəkdə bir sıra digər şəhərlərdə də filiallarımız açılacağı planlaşdırılır", - deyə, Expressbank-ın İdarə Heyəti Sədrinin müavini Əli İmanov bildirib.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti