...

Azərbaycanda sərhəd sığorta müqaviləsi üzrə sığorta haqqının həcmi şaxələndirilib (CƏDVƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2015 20:00 (UTC +04:00)
Azərbaycanda sərhəd sığorta müqaviləsi üzrə sığorta haqqının həcmi şaxələndirilib.
Azərbaycanda sərhəd sığorta müqaviləsi üzrə sığorta haqqının həcmi şaxələndirilib (CƏDVƏL)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda sərhəd sığorta müqaviləsi üzrə sığorta haqqının həcmi şaxələndirilib.

Trend-in məlumatına görə, Maliyyə Nazirliyinin Kollegiyası tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"na müvafiq dəyişikliklər edilib.

Xaricdə qeydiyyatdan keçmiş avtomobilin sahibi "Yaşıl Kart" polisi olmadan Azərbaycan ərazisinə daxil olursa, sərhəd sığorta müqaviləsi üzrə sığorta haqqı aşağıdakı kimi hesablanacaq:

Sığorta müqaviləsinin bağlanma müddəti

Avtonəqliyyat vasitəsinə münasibətdə hesablanan bir illik sığorta haqqı məbləği (%)

1 ay

20

3 ay

45

5 ay

70

12 ay

100

Dəyişikliklər 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti