Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Azad Həsənli/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank Silk Way" ASC-nin 101,55 milyon manat məbləğində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Trend-in QKDK-ya istinadən verdiyi məlumata görə, yerləşdirmə hər birinin nominal dəyəri 146 manat olan 679,23 min səhmin eyni həcmdə 149,5 manata konvertsiya yolu ilə aparılacaq.
Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 99,2 milyon manatdan 101,55 milyon manatadək artacaq.