Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Azad Həsənli/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "NİKOYL İnvestisiya Kommersiya Bankı" ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının buraxılışını dövlət qeydiyyatına alıb.
Trend-in məlumatına əsasən, bu barədə Komitənin saytında xəbər verilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 5000 ədəd istiqraz buraxılıb.