...

Dünya Bankı: Azərbaycana biznesin dövlət maliyyələşdirilməsi ilə bağlı yeni modeli lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2015 00:33
Azərbaycan dövlətin sahibkarlıq fəaliyyətinə maliyyə yardımı ilə bağlı yeni modelə keçməlidir.
Dünya Bankı: Azərbaycana biznesin dövlət maliyyələşdirilməsi ilə bağlı yeni modeli lazımdır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Azad Həsənli/

Azərbaycan sahibkarlıq fəaliyyətinə dövlətin maliyyə yardımı ilə bağlı yeni modelə keçməlidir. Trend-in məlumatına əsasən, bunu Dünya Bankının (DB) Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina deyib.

O bildirib ki, bu gün Azərbaycanın dövlət vəsaiti hesabına kiçik və orta sahibkarlığın inkişafı və stimullaşdırılması ilə bağlı kifayət qədər böyük proqramı var: "Lakin Sahibkarlara Kömək Milli Fondu və başqa oxşar strukturlar daha çox dövlət resurslarından asılıdır. Ona görə yeni müasir maliyyələşmə modelinə keçmək, yəni başqa mənbələr hesabına resurs bazasını şaxələndirmək lazımdır".

A.Priqojina hesab edir ki, gələcəkdə dövlət proqramları çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı və stimullaşdırılması üçün resursların paylanması mexanizmini təkmilləşdirmək lazımdır.

Bununla yanaşı, o qeyd edir ki, pul vəsaiti axınının effektivliyini artırmaq üçün dövlət büdcəsindən ayrılan vəsaiti daha effektiv istifadə etmək olar: "Qiymətli kağızların buraxılışı vasitəsilə şirkətlərə resurs cəlb etmək imkanı vermək üçün fond bazarını inkişaf etdirmək lazımdır".

DB əlaqələndiricisi bildirib ki, ümumilikdə Azərbaycan İpoteka Fondu, Sahibkarlara Kömək Milli Fondu və Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarəsi üzrə Dövlət Xidməti dövlət büdcəsindən böyük həcmdə maliyyə yardımı alır, ancaq bu yardımdan real istifadə edən müəssisə və fiziki şəxslərin sayı çox azdır.

A.Priqojina qarşıda duran məsələlərdən biri kimi kreditlər üzrə faiz dərəcələrinin aşağı salınmasını da qeyd edib: "Bu gün yüksək kredit faizi yüksək risklərin hesabına formalaşır".

DB nümayəndəsi Azərbaycan üçün prioritet kimi özəl kredit bürosunun və daşınan əmlak reyestrinin yaradılmasını məqsəduyğun hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti