...

Yeni UniCall xidməti istifadənizdə

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2015 17:08 (UTC +04:00)
Unibank müştəriləri üçün Məlumat Mərkəzini daha da təkmilləşdirdi.
Yeni UniCall xidməti istifadənizdə

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Unibank müştəriləri üçün Məlumat Mərkəzini daha da təkmilləşdirdi.

Bankdan Trend-ə verilən məlumata görə, müştəri məmnuniyyətini daim üstün tutan bankın yeni istifadəyə verdiyi UniCall sistemi zəng edən müştərilərin daha qısa müddətə, vaxt itirmədən, istədikləri məlumatı almasına imkan verəcək. Yeni texnologiya sayəsində müştərilərin gözləmə vaxtı ortalama 4 dəfəyədək azalıb. UniCall sistemi müştərilərin bankın xidmət və məhsullarından istifadəsiylə bağlı bütün məlumatları bir proqramda ümumiləşdirdiyi üçün müştərilərin vaxt itkisi minimuma enir. Müştəri hesabındakı olan hərəkətləri vaxt itirmədən öyrənə, plastik kartını blok edə, kredit borcu kodunu öyrənə, nömrəsini sistemdə dəyişdirə və digər bütün mümkün məlumatları Məlumat Mərkəzi əməkdaşından ala bilər.

117 Məlumat Mərkəzi Unibank müştəriləri üçün çoxsaylı xidmətlər təklif edir. Unibank-ın məlumat mərkəzinin mütəxəssisləri ilə bu vasitələrlə də əlaqə saxlamaq mümkündür:

- (+994 12) 4982244, 117 nömrələrinə zəng edərək;
- "Albalı Plus" mobil əlavəsini yükləyərək;
- [email protected] elektron ünvanına məktub yazaraq;
- albali.az saytında "Geri zəng" xidmətindən istifadə edərək;
- Onlayn konsultasiya xidmətinə qoşularaq;
- Skype proqramı vasitəsilə bankla (Uniskype.unibank) interaktiv əlaqə yaradaraq;
- www.facebook.com/unibank.az və https://twitter.com/unibank səhifələrindən.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti