...

"PAŞA Bank" uşaqlar üçün "Açıq qapı günü" keçirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2015 14:51 (UTC +04:00)
Azərbaycanın ən iri banklarından biri – "PAŞA Bank" – “Biznes Dialoq” biznes-klubunun təşkilati dəstəyi ilə yay “Gənc Sahibkar Məktəbi”nin şagirdləri üçün “Açıq qapı günü” keçirib.
"PAŞA Bank" uşaqlar üçün "Açıq qapı günü" keçirdi

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycanın ən iri banklarından biri - "PAŞA Bank" - "Biznes Dialoq" biznes-klubunun təşkilati dəstəyi ilə yay "Gənc Sahibkar Məktəbi"nin şagirdləri üçün "Açıq qapı günü" keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində uşaqlar üçün əyləncəli formada "Kredit və depozit nədir?", "Plastik kartlar nə üçün lazımdır?", "Evdən bank əməliyyatları" və s. mövzularda təqdimatlar edilib. "PAŞA Bank"ın əməkdaşları təşkilatda işə qəbul prosesi, fəaliyyətin qiymətləndirilməsi və hər bir əməkdaşın ixtisasının artırılması proseslərinin necə aparıldığı barədə danışıblar.

Gənc dinləyicilər həmçinin Banka ekskursiya etmişlər. Onlar müvafiq departamentlərin təşkilatının bir neçə il öncədən fəaliyyət strategiyasını necə hazırladığını, müştərilərə xidmət prosesinin necə qurulduğunu, bankın treyderlərinin necə işlədiyini və bir çox başqa məsələləri öyrənmişlər. Tədbirin sonunda "Gənc Sahibkar Məktəbi"nin şagirdlərinə xatirə hədiyyələri təqdim edilmişdir.

Qeyd edək ki, "PAŞA Bank" "Açıq qapı günü"nü Azərbaycan Mərkəzi Bankının ölkənin kommersiya bankları ilə əməkdaşlıqda reallaşdırdığı "Maliyyə savadlılığı" layihəsi çərçivəsində keçirib.

Qeyd edək ki, "PAŞA Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan "PAŞA Bank"da 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

"PAŞA Bank" Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan "Kapital Bank" da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti