...

"Aqrolizinq" kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2015 11:58 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Aqrolizinq” ASC -nin təqribən 119 milyon manat dəyərində adi, sənədsiz, adlı, səhmlərinin emissiya prospekti qeydə alınıb.
"Aqrolizinq" kapitalını artırır

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Aqrolizinq" ASC -nin təqribən 119 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospekti qeydə alınıb.

Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 2 manat olan 59 499 770 səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

Emissiya nəticəsində bankın nizamnamə kapitalı 313,52 milyon manata çatacaq. 2014-cü ilin sonuna olan məlumata görə, bankın nizamnamə kapitalı 203,75 milyon manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti